Çex əsilli məşqçi Zdenek Zeman keçirdiyi insult səbəbindən xəstəxanaya yerləşdirilib.
Tribunainfo.az xəbər verir ki, 1999-2000-ci illər arasında “Fənərbağça”da da qısa müddət çalışmış 77 yaşlı Zeman hazırda İtaliyada müalicə alır.
Zemanın ötən ilin oktyabrında keçirdiyi insult nəticəsində sağ qolu yarım iflic olub. O, hazırda beyin damarlarının tıxanması şübhəsi ilə xəstəxanada müalicə alır.
Əldə edilən məlumata görə, Zemanın vəziyyəti çoxda yaxşı qiymətləndirilmir.
Qeyd edək ki, bir müddət “Roma” və “Latsio” klublarında məşqçilik edən Zeman 2024-cü ilin fevralında ürəyində yaranan problemə görə “Peskara”da baş məşqçi postunu tərk edib.