Zaxarova: Rusiya xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görür

Zaxarova: Rusiya xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici qüvvələrin İrəvanı daha təhlükəli geosiyasi oyunlara sürükləmək cəhdlərini görürük. Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz görürük ki, Qərb erməni xalqının taleyinə tamamilə biganədir. Onun hisslərindən, tarixi yaddaşından, ağrılarından, iztirablarından yalnız öz maraqları üçün istifadə edirlər. Ermənistanla münasibətlərin müttəfiqlik xarakterini nəzərə alaraq, biz Ermənistanın sülhü, sabitliyi və rifahına hər cür töhfə verməyə hazırıq. Bu, həqiqətən də bizim üçün çox vacibdir. Bir sıra səbəblərə görə: bu, bizim ümumi tariximizdir, xalqların və mədəniyyətlərin bir-birinə nüfuz etməsi, regional planın sabitliyi, bunlar ümumi çağırışlar və birgə həlli daha asan olan ümumi problemlərdir”, – Zaxarova əlavə edib.