“Rusiya-Finlandiya sərhədi yaxınlığında başlayan NATO təlimləri təxribat xarakteri daşıyır”. Tribunainfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi təlimləri təxribat xarakterlidir. Onların vəzifəsi güc nümayişi ilə Rusiya Federasiyasına hərbi təzyiq göstərməkdir”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.