ZAXAROVA BU DƏFƏ CNN JURNALİSTİNİ HƏDƏF ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi Hələbdəki evinin xarabalıqlarından çıxarıldıqdan sonra qoyulduğu təcili yardımda çəkilən görüntüləri ilə gündəmə gələn suriyalı uşaq Ümran Dakniş haqqında yalan məlumatlar yayan CNN telekanalına məktub göndərib. 

Rusiya Xarici İşlər Nazirliyi Hələbdəki evinin xarabalıqlarından çıxarıldıqdan sonra qoyulduğu təcili yardımda çəkilən görüntüləri ilə gündəmə gələn suriyalı uşaq Ümran Dakniş haqqında yalan məlumatlar yayan CNN telekanalına məktub göndərib.

TİA.AZ  Sputnik Türkiyəyə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova  Ümran Dakniş haqqında yalan məlumatlar yayan CNN telekanalına məktub göndərdiklərini açıqlayıb.

Məktubda Zaxarova CNN aparıcısı Kristian Amanpourun ABŞ prezident seçkiləri ərəfəsində Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla müsahibə zamanı etdiyi manipulyasiyanı da  xatırlatdıb:” Kanalın ya da aparıcının buna cavab verəcəyini düşünürük. Necə bir cavab verəcəklərinə isə özləri qərar verər, ancaq tamaşaçılar qarşısında bəyanat verməyə məcburdurlar“.

CNN-in tamaşaçı kütləsi nəzərə alınmaqla, qlobal bir manipulyasiyanın söz mövzusu olduğunu da qeyd edən Zaxarova aparılan saxtalaşdırmanın düzəldilməsi üçün CNN və Amanpouru birbaşa ünsiyyətə  çağırıb.

 O, Qərb ölkələri və Qərb mediasının Ümranın yaralandığı hücumdan məhz Rusiyanı günahkar tutduğunu xatırladıb: “Ümranın şəklini yayanlar, bu uşağın gələcəyini heç düşünmədi.  Çünki Ümran illərdir terrorçularla mübarizə edən bir ölkədə yaşayır. Bəs Amanpour bunları fikirləşdimi? Əlbəttə, xeyr. Amanpourun düşündüyü tək şey, Demokrat Partiyaya və Demokrat Partiya namizədinin prezident olmasına yardımçı olmaqdır. İctimaiyyətdə bu kampaniya başlayan Amanpourun cəsarəti, jurnalistika etikası və insanı vicdanı, bu kampaniyaya son verə biləcəkmi? Amanpour Hələbə gedərək Dakniş ailəsiylə müsahibə almalı və ABŞ mətbuatının Ümranına şəklini və bütün Suriyanın taleyini necə manipulyasiya etdiyini açıqlamalıdır.

İlahə