Zaxarova: Biz unutmayacağıq və bağışlamayacağıq

Zaxarova: Biz unutmayacağıq və bağışlamayacağıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Baltikyanı ölkənin hakimiyyət orqanları tərəfindən Latviya dili imtahanından keçməyən Rusiya vətəndaşlarının kütləvi surətdə deportasiyasını “faşist vəhşiliyi” ilə müqayisə edib.

Tribunainfo.az xəbər verir ki, onun sözlərinə görə, “Latviyada yaşayış icazəsi uzadılmayan və tarixi vətənindən qovulanların çoxu yaşlı insanlardır, əksəriyyətinin yaşı 60-dan yuxarıdır və Rusiyada heç bir qohumu, daşınmaz əmlakı və s. yoxdur”.

““Bu, insanlara qarşı açıq cinayətdir, bəlkə də nasistlərin vəhşiliyi ilə müqayisə oluna bilər. Latviyada belə sui-istifadələrin qurbanı olan bütün həmvətənlərimizə lazımi köməklik göstəriləcək və Rusiyada normal yaşamaq üçün şərait yaradılacaq. Biz heç kəsi taleyin mərhəmətinə buraxmayacağıq”, – deyə Zaxarova bildirib.