Dünən Donetskdəki “Separ” kafesində baş verən terakt zamanı ölən və yaralananların dəqiq sayı bilinib.
Axar.az xəbər verir ki, bu barədə Donetsk separatçılarının “fövqəladə hallar hazirliyi” məlumat yayıb.
Partlayışda ölənlərin 2, yaralananların 11 nəfər olduğu bildirib.
“RİA Novosti” agentliyi isə ölənlər arasında qondarma rejimin lideri Aleksandr Zaxarçenko ilə yanaşı, onun mühafizəçisinin də olduğunu yazıb.