Zaur tamaşaçılarla sağollaşdıbackend

Zaur tamaşaçılarla sağollaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Zaur Baxşəliyev “Bizimləsən” proqramının ötən gün son bölümünü yayımlayıb. 

Sfera.az xəbər verir ki, verilişin son bölümündə bir çox sənət adamı qonaq olub və mahnılar səsləndirib. Zaur isə il ərzində onlara dəstək olan hər kəsə təşəkkür edərək, gördükləri işlərdən söz açıb. Zaur proqramın mövsüm finalına getdiyini, amma növbəti televiziya mövsümündə yayımlanıb-yayımlanmayacağını bilmədiyini vurğulayıb. “Qürurlu bir ili başa vurduq. Yüzlərlə insanı sağlamlığına qovuşdurdu “Bizimləsən”. Komanda, xalq, kanal olmasaydı tək heç nə edə bilməzdim” deyə, Zaur bildirib.