Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Qax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Qax, Şəki və digər rayonlardan olan vətəndaşları qəbul edib, ərizə və şikayətlərinə baxıb.
Tribunainfo.az xəbər verir ki, o, hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.