Zaur Mikayılov işsizlər ordusu yaradır – İş məhkəmədə

Zaur Mikayılov işsizlər ordusu yaradır – İş məhkəmədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində kütləvi ixtisarlar başlanıb. Tribunainfo.az reportyor.info-ya istinadla bildirir ki, quruma Zaur Mikayılovun sədr təyin olunmasından sonra ixtisarlar genişlənib. Xəbərə görə, ixtisar olunan işçilərin bir hissəsi haqlarını məhkəmədə axtarır və agentliyin qarşısında işə bərpa ilə bağlı iddialar qaldırılıb. Onu da demək lazımdır ki, ixtisarların aparılması işsizlərin sayının artırılması deməkdir.
İxtisarlar əsasən Agentliyin tabeliyinə verilən “Azərsu” ASC-də aparılıb. Bu qurumu indi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti əvəz edir.
İşçilər də məhz yeni quruma qarşı iddia qaldırıblar.
Nümunə olaraq işdən çıxarılan Kazımov Vüqar İsa oğlunu və Kazımov Vüsal İsə oğlunu göstərmək olar.
Hər iki şəxs işə bərpa tələbi ilə Yasamal rayon Məhkəməsində iddia qaldırıb. Kərim Xudiyev iş üzrə hakim təyin edilib.
İddialara görə, “Azərsu” ASC-nin mərkəzi ofisində 456 nəfər çalışıb. Zaur Mikayılov işçiləri yarıbayarı azaltmaq qərarı verib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin ötən ilin martında yaradılıb. “Azərsu” ASC ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

Tofiq