Zaur Kamal: “Müğənni ilə çəkdirdiyim şəkli xanımıma göndərib…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Z. Kamalın sözlərinə görə, ailədə qısqanclıqlar çox olur
 “Ailə ilə gündəmə gəlməyi sevməmişəm. Ailə ayrı bir respublikadır. Evlənəndə yoldaşım elə düşünürdü ki, məşhura ərə gəlir, bütün günü tədbirlər, gəzmək. Başa saldım ki, ev, iş olacaq. Hərdən harasa getmək ola bilər. Özü də harasa getmək istəmir. Bir dəfə “Bu şəhərdə”nin konsertinə getdik. Hamı baxırdı, narahat olurdu. Natavan Həbibi gəldi yaxınlaşdı, bizi vəziyyətdən çıxartdı. İkimiz də pis vəziyyətdə qalmışdıq. Həmişə deyir ki, Bakıda yox, xaricdə istirahət edək. Mənimlə çox nadir halda harasa gedər. Hər yerə ya tək, ya da qardaşımla gedir”.

TİA.AZ-ın məlumatına görə, bunu aparıcı Zaur Kamal axşam.az-a müsahibəsində deyib. O, tarix müəlliməsi işləyən həyat yoldaşı ilə necə evləndiklərindən danışıb: “Xanımım bibimgilin qonşusu idi. Mənə zorla nəsə etdirmək olmaz. Anama deyəndə, deyib ki, bu “əlləm-qəlləm” adamdır, qarışmıram, kimi istəyir alsın… İstək olmadan ailə qurmaq olmaz. Xanımım çalışır, tarix müəlliməsidir”. 

Z. Kamalın sözlərinə görə, ailədə qısqanclıqlar çox olur: “Evdə sosial şəbəkədən istifadə etmirlər. Qohumlardan kimsə efirdə müğənni ilə çəkdirdiyim şəkilləri “WhatsApp”ına göndərir, deyirlər Zaur belə söz dedi. Özü eşidəndə dərinliyinə getmir. Ətrafdakılar şişirdir, nələrsə deyirlər. Mənim də qadağalarım olur: o olmaz, bu olmaz. Hərdən mənə deyirlər, köhnəfikirli adamsan. Mən belə istəmişəm. Deməsinlər ki, Zaur efirdə nələr danışır, amma həyatda elə deyil. Bu şeyləri hər zaman qorumuşam”.