“Bakı Metropoliteni” QSC-də idarə rəisi işdən çıxarılıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə qurumun sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Vüsal Aslanovun müvafiq əmri ilə QSC-nin Maliyyə departamentinin rəisi Fərhad İbrahimov vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərhad İbrahimov ötən ilin dekabrında vəzifəsindən azad olunan “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun ən yaxın adamı idi.