“Bakı Metropoliteni” QSC-nin İnformasiya, kommunikasiya texnologiyaları xidmətinin rəisi Hüseyn Quliyev vəzifəsindən azad edilib.
Tribunainfo.az-ın “PostMedia”ya istinadən məlumatına görə, bu barədə qurum sədri Vüsal Aslanov əmr imzalayıb.
QSC sədrinin digər əmri ilə Anar Quliyev adıçəkilən xidmətin yeni rəisi təyin edilib.
Qeyd edək ki, H.Quiyev 2014-cü ildən bu vəzifəni icra edib. O, bundan öncə isə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə “Azərişıq” ASC-də işləyib.