Azərbaycan bir məsələ üzərində düşünməlidir ki, erməni əhalisinin Qarabağa qayıtması üçün mövcud şərait o qədər də rahat deyil. Rusiya sülhməramlılarının Qarabağdakı missiyasını davam etdirmək üçün əsaslar var. Tribunainfo.az xəbər verir ki, bunu NSN-ə müsahibəsində Rusiya Federasiyası Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib. O qeyd edib ki, Rusiya sülhməramlılarının olması Qarabağda yaşayan ermənilərə tarixi və mədəni irsin qorunması ilə bağlı müəyyən təminat verəcək. Rusiyalı siyasətçi bildirir ki, Rusiya sülhməramlılarını bölgədən çıxarmaq lazım deyil.
O, həmçinin bildirib ki, Qarabağ erməniləri geri qayıtmaq istəmir, çünki onlar Azərbaycan vətəndaşlığını qəbul etməli olacaqlar. Azərbaycan vətəndaşlığını qəbul etsələr, gələcəkdə Ermənistan-Azərbaycan münaqişəsi olarsa, Ermənistana qarşı döyüşməli olacaqları qorxusu var, çünki Azərbaycan ordusuna çağırılacaqlar. Zatulin onu da bildirib ki, geri qayıtma şəraiti rahat olarsa, Qarabağın erməni əhalisinin müəyyən hissəsi geri qayıda bilər. Buna ümidlər var.