Zatulin Nikolu rüsvay etdi: Axmaq və ya Paşinyan olmaq lazımdır ki…backend

Zatulin Nikolu rüsvay etdi: Axmaq və ya Paşinyan olmaq lazımdır ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünən Ermənistanın baş naziri Paşinyan, “arzuolunmaz həmvətənlərinin və dostlarının” ölkəyə girişinə qadağa qoyulması istiqamətində yorulmaz fəaliyyətini şərh etmək qərarına gəlib. Ona, Marqarita Simonyan, Aram Qabrelyanov, mən və siyahısı açıqlanmayan naməlum şəxslər barədə sual veriblər. Cənab Paşinyan cavab olaraq yalan danışıb. Artıq ənənəyə görə. Belə çıxır ki, “onlar”, yəni biz vətənə (Rusiyaya) münasibətdə, “Ermənistana münasibətdə etdiklərinin ən azı 1% – ni” etsəydilər, “viza olmadan öz vətənimizin ərazisinə daxil ola bilməzdik”. Bəs “onlar” – yəni biz nə etdik?”

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin Nikol Paşinyanın Ermənistan hakimiyyətini bəzi şəxslərin ölkəyə girişini qadağa etməsinə səbəb olan bəyanatlarını şərh edərkən deyib.

Zatulinin şərhini təqdim edirik:

“Mənim öz siyahım var. Mən nə erməniyəm, nə də Ermənistan Respublikasının vətəndaşı, heç vaxt da olmamışam. Lakin ictimai, siyasi və deputat fəaliyyətimin otuz ildən artıq müddətində tarixi yaddaşa sadiqliyin, rus və erməni xalqları arasında dostluğun, Ermənistanın özü tərəfindən tanınmamış “DQR”-in dəstəklənməsinin tərəfdarı olmuşam. Məsələn, 1995-ci ildə Osmanlı İmperiyasında erməni xalqının “soyqırımının” Rusiya Federasiyası tərəfindən tanınması haqqında qətnamənin müəllifi oldum. Yaxud 2018-ci ildə Rusiya-Ermənistan Lazarev Klubunu yaradıb və 2021-ci ildə Qarabağ əhalisinin koronavirusa qarşı peyvənd edilməsini təşkil etmişəm və s.

Ermənistanda çoxlu dostum var, amma baş nazirin dediyinə görə, mən yanlış adamlarla dostam. Yeri gəlmişkən, keçən il qadağan olunduqdan sonra o, lazım olanlarla “dostluq etməyə məcbur etmək” ümidi ilə Ermənistan Respublikasının hazırkı səfirini mənim yanıma göndərdi. Yazıq səfir! Amma dünən Paşinyanın “bəzilərinə”, yəni mənə qarşı iddiaları arasında eşidilən hər şey bir növ cəfəngiyatdır. Guya “bəziləri” Ermənistan hökumətindən dəhlizlə bağlı verdiyi vədləri yerinə yetirməyi tələb edir.

Ötən il Paşinyanın təbliğatçılarının yalanları ilə zombiləşdirilmiş bir jurnalist mənə telefonla sual verdi: “Niyə Rusiya Ermənistandan Azərbaycana Zəngəzur dəhlizinin verilməsini tələb edir?” Demək lazım idi ki, məsələ heç də Rusiyada deyil – Türkiyə ilə Azərbaycan arasında heç bir dəhlizə ehtiyac yoxdur – Ermənistanın hazırkı hökumətinin, xüsusən də Qərbdə Azərbaycanla imzalanmış protokolda yer alan “kommunikasiyaları açmaq” vədlərindədir hər şey. Hamısı budur. Axmaq və ya Paşinyan olmaq lazımdır ki, bu əsasda Ermənistan hökumətindən öz ərazisindən dəhliz açmasını tələb etdiyimi iddia edim.

Nikol Paşinyanın məni bəyənməməsinin əsl səbəbi başqaları ilə eynidir. Nikol hesab edir ki, “Ermənistan mənəm!” Lüdovikin heç olmasa bir əsası var idi. Paşinyanın nəyi var?

O, məlum olduğu kimi, bəyan edirdi: “Dağlıq Qarabağ Ermənistandır. Və nöqtə!” Axırı necə oldu?”