ZATIQIRIQ ZATULİN YENƏ AZƏRBAYCANA HÜRDÜ – KREML KÖPƏYİNDƏN İTTİHAMLAR

ZATIQIRIQ ZATULİN YENƏ AZƏRBAYCANA HÜRDÜ – KREML KÖPƏYİNDƏN İTTİHAMLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dumasının üzvü, hakim partiyanın deputatı Konstantin Zatulin yenidən Azərbaycana qarşı nifrət püskürüb. Ermənipərəst deputat Bakını ittiham edib. Tribunainfo.az xəbər verir ki, zatıqırıq Zatulin Azərbaycanın addımlarını “etnik təmizləmə” kimi qiymətləndirib.
Sitat: “Dağlıq Qarabağın rəhbərliyini ümumiyyətlə tanımayan, hətta “Dağlıq Qarabağ” coğrafi adını belə ləğv etmək niyyətində olan Azərbaycanın mövqeyindən də prosesin necə getdiyi bəllidir və Prezident Əliyev bir neçə dəfə bəyan edib: Dağlıq Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul edə bilərlər, lakin Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, o zaman oradan getməlidirlər”.
Bu ərazidə nəsillər, əsrlər boyu yaşayan, tarixi faktlarla, qədim abidələr, məbədlər və s. sübut edən insanlardan Azərbaycan vətəndaşı olmaq istəmədiklərini əsas gətirərək bu ərazini tərk etmələrini tələb etmək maskalanmışdır. 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında erməni xalqının deportasiyası və soyqırımının təkrarlanması forması. Azərbaycan erməniləri Dağlıq Qarabağdan sıxışdırıb çıxarır ki, bu ərazini əhalisi olmadan əldə etsin”, – rus deputat çərənləyib.
Eyni zamanda o, bəyan edib ki, Azərbaycan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaradıb ki, Azərbaycan qoşunları onlarla döyüşə başlasa, “Dağlıq Qarabağ” ermənilərinə hərbi yardım göstərmək mümkün olmayacaq.