Zarafatın sonu cinayətlə bitdi: Tanışına 2 bıçaq vurdu – HƏBS

Zarafatın sonu cinayətlə bitdi: Tanışına 2 bıçaq vurdu – HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xəqani Niftullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, hadisə 23 fevral 2023-ci il tarixdə, saat 16 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində “Rus” dəmir yolunun yaxınlığında qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Xəqani Niftullayev tanışı, zərərçəkmiş Mahir İsmayılovla zarafat edib. Bu zaman zərərçəkmiş onu söyüb və tərəflərin arasında mübahisə yaranıb, əlbəyaxa olublar. Nəticədə Xəqani mətbəx bıçağı ilə onun boyun nahiyəsinə bir dəfə, qarnının sol yarısı nahiyəsinə iki dəfə qəsdən vuraraq, Mahirə xəsarət yetirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.