Zarafatca “Allahü-Əkbər” qışqırmış sərnişin təyyarədən düşürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Brüssel-Madrid reysini həyata keçirməyə hazırlaşan “Ryanair” aviaşirkətinin təyyarəsinin salonunda əyləşmiş 9 nəfər dostdan biri zarafatca “Allahü-Əkbər” qışqırıb və bu, onun və dostlarının təyyarədən düşürülməsinə səbəb olub.

Virtualaz.org “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, hadisədən sonra bütün sırnişinlər təyyarədən düşürülüb və xüsusi xidmət orqanlarının əməkdaşları hava gəmisini təkrar yoxlamadan keçiriblər.

Bir neçə saatlıq yoxlamadan sonra təyyarədə şübhəli heç bir əşya aşkar olunmayıb.

Polisin bildirdiyinə görə, saxlanılan 9 nəfərin hamısı Belçika vətəndaşlarıdır.

TİA.AZ