Zaqatalanın haqqında hər şeyi səhv bildiyimiz Fındıqlı kəndinin sirləri – VİDEObackend

Zaqatalanın haqqında hər şeyi səhv bildiyimiz Fındıqlı kəndinin sirləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Zaqatalanın Fındıqlı kəndi ziyarət olunub.

Proqramın aparıcısı Kəmalə Bədəlova kənd sakinlərinin adət ənənələri, kulinariyaları və mövcud problemləri ilə yaxından tanış olmağa çalışıb. Xüsusilə qoz-fındıq və xurma yetişdirilməsi ilə tanınan Zaqatalada artıq bir neçə ildir ki, qoz-fındıq və şabalıd festivalı keçirilir. Sakinlərin sözlərinə görə, Fındıqlı kəndi 1940-cı ildə kənd statusu alıb.

Ancaq yazılı mənbələrdə bu tarix 1965-ci il olaraq qeyd edilib. Kəndin ümumi vəziyyəti olduqca acınacaqlıdır.

Sakinlər bildirirlər ki, buna səbəb 3 il əvvəl bələdiyyənin 3 kənd arasında bölünməsi olub. Çünki ora başçılıq edən bələdiyyə artıq Fındıqlı kəndinə vaxt ayıra bilməyib və beləliklə kənd dağılmağa başlayıb. Kəndin indi nə parkı, nə də istirahət edəcək başqa bir məkanı var. Kənddə bir neçə millət məskunlaşıb.

Verilişin aparıcısı Axısqa türklərinin yaşadığı məhəllədə olub və onlarla birlikdə Axısqa türklərinin məşhur yeməyi olan xəngəl hazırlayıb.

Ətraflı Baku TV-nin süjetində: