Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşının tapılması üçün mükafat təyin olunub.
APA-nın xəbərinə görə, bunu bu il mayın 13-də Zaqatalada itkin düşən Hindistan vətəndaşı Manikanth Kondaveetinin qardaşı Dharan Kondaveeti açıqlayıb. O, qardaşını tapan şəxsə 10 000 manat pul mükafatı verəcəklərini bildirib.
