Zaqatalada DƏHŞƏT: sürücü 3 məktəblini vurdu, ikisi öldübackend

Zaqatalada DƏHŞƏT: sürücü 3 məktəblini vurdu, ikisi öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada üç məktəblini avtomobil vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala-Göyəm avtomobil yolunda baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili Göyəm kənd sakini olan üç məktəblini vurub. Onlardan ikisi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Uşaqların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Xəsarət alan uşaq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma başlayıb.