Zaqatala rayon Mərkəzi Xəstəxanasında ölüm halı qeydə alınıb.
Tribunainfo.az APA-ya istinadla xəbər verir ki, rayonun Mosul kənd sakini 32 yaşlı Sevinc Ələddin qızı Gülməmmədova ötən gün axşam saatlarında halı pisləşdiyi üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə daxil olub.
S. Gülməmmədova bu gün günorta saatlarında xəstəxanada hələ ki məlum olmayan səbəbdən vəfat edib. Onun ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Əldə olunan məlumata görə, S. Gülməmmədova bir neçə ay öncə sirkə turşusundan kəskin zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.