Zaqatalada 3 nəfər dönərdən zəhərləndi – YENİLƏNDİbackend

Zaqatalada 3 nəfər dönərdən zəhərləndi – YENİLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Tribunainfo.az xəbər verir ki, rayonun Çobankol kənd sakini 1999-cu il təvəllüdlü İlqar Əhmədov, Mosul kənd sakini 2007-ci il təvəllüdlü S.Səlimova və Qazangül qəsəbə sakini 2016-cı il təvəllüdlü M.Əhmədov qida zəhərlənməsi ilə xəstəxanaya daxil olublar. Onların dönərdən zəhərləndikləri ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır.
****
Noyabrın 25-də saat 21:30 radələrində 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.
Tribunainfo.az  xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
“Onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb”, məlumatda deyilir.