Zaqatala və Balakəndə müəllimlərə TÖVSİYƏ: bu əşya olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakən rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Balakən rayon Təhsil Şöbəsi rayonda çalışan müəllimlərə vahid geyim forması tələbi qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Təhsil Şöbəsindən  verilən xəbərə görə, ötən gün bəzi kütləvi informasiya vasitələrində Zaqatala və Balakən rayonlarındakı ümumtəhsil məktəblərində müəllimlərə vahid geyim forması tələbi qoyulması barədə məlumat yer alıb. Məlumatda qeyd olunub ki, tələbə əməl etməyənlər dərsə buraxılmayacaq.

Bununla bağlı bildirilib ki, bu məlumat tamamilə yanlışdır, heç bir məktəbə belə tələb qoyulmayıb. Direktorların və müəllimlərin iclasında müəllimlərin geyimlərinin vahid formada deyil, pedaqoji fəaliyyətə uyğun olması barədə tapşırıq verilib, şagirdlərin fikrini yayındırdığına görə bəzək əşyalarından az istifadə edilməsi tövsiyə olunub.