İsti yay günləri davam edir. Qarşıda bizi olduqca isti bir həftə göləyir. Bu cür havalarda sərinləmək üçün dənizə üz tuturuq. Bu da gün yanıqlarına səbəb olur. Gün yanıqları adətən yüngül, səthi olsa da dermatoloqlar belə yanıqları çox təhlükəli hesab edir. Ona görə də məsləhət görülür ki, gün yanıqlarından özünüzü qoruyasınız.
Tribunainfo.az yazır ki, gün yanıqlarından qorunmaq üçün yalnız səhər və axşam saatlarında “zaqar” alçaq lazımdır.
11.00-17.00 radələrində açıq günün altında olmaq lazım deyil. Dərini günə öyrəşdirmək lazımdır. Açıq günün altında keçirdiyiniz vaxtı tədricən artırın (əvvəl 10-15 dəqiqə, sonra yarım saat, sonra 1 saat)
Dənizdən çıxandan dərhal sonra açıq günün altında qalmayın, eynək, baş örtüyü, yay papağı istifadə edin.
Əgər siz çimərlikdə yanmısınızsa, ilk saatlarda ən yaxşı yardım üsulu – sərin duş və soyuq su ilə kompreslərdir. Həmçinin sürtgəcdən keçirilmiş soyuq xiyar, müalicəvi bitkilərin (çobanyastığı, kalendula, palıd qabığı) dəmləmələri (kompres şəklində), soyuq qara çayla islatmalar da yaxşı kömək edir.
Apteklərdə satılan ən yaxşı vasitələrdən biri tərkibində dekspantenol olan vasitələr (pantenol və s.) sayılır. Onlar iltihabı və ağrını azaldır, dərinin bərpasını tezləşdirir.
Kəskin dövr keçdikdən sonra dərinin bərpasını tezləşdirmək üçün solkoseril, çaytikanı yağı kimi vasitələrdən istifadə etmək olar. Soyulan dərini qopartmaq, skrablardan, cod hamam liflərindən istifadə etmək olmaz!