Rusiya Baş Qərargahı Ukrayna Silahlı Qüvvələrinin istehkam və minalanmış ərazilərdən birinci müdafiə xəttini yardığı Zaporojye vilayətində Ukrayna ordusunun hücumunu dəf etmək üçün mövcud olan son ehtiyat hissələrini döyüşə atıb.
Tribunainfo.az xəbər verir ki, Forbes-in məlumatına görə, Hava Desant Qüvvələrinin aktiv bölmələrindən ən qədimi olan 76-cı Qvardiya Hava Hücum Diviziyası döyüşlərdə iştirak etdiyi Ukraynanın şərqindən Kremennaya bölgəsində Zaporojye cəbhəsinə köçürülüb.
Filadelfiyada yerləşən Foreign Policy Research Institute-un analitiki Rob Li bildirir ki, 76-cı diviziya Rusiya ordusunun “ən yaxşılarından biridir” və nisbətən “gümrahdır”. “Forbes” yazır ki, Rusiyanın hərbi doktrinasına görə, o, “strateji ehtiyatlar” kateqoriyasına aiddir ki, bu da cəbhədəki vəziyyətin ciddiliyindən xəbər verir.
Rusiya generallarının seçimi qalmayıb: Ukrayna Silahlı Qüvvələri əsas məqsədə – Melitopol yolunda Urojaynoyeni, onun ardınca isə Rabotinonu azad edib. Melitopola nəzarət isə Krıma “quru körpü”nü kəsməyə imkan verəcək.
Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) mütəxəssisləri yazır ki, Rusiya ordusunda ehtiyatların tükənməsinin əlamətləri avqustun əvvəlində ortaya çıxıb. ISW-nin fikrincə, bunu generalların ehtiyat hissələrini arxadan çəkmək əvəzinə cəbhə xətti boyunca qüvvələri köçürməli olması sübut edir. Bu o deməkdir ki, Ukraynanın hücumu Rusiya müdafiəsinin “əhəmiyyətli dərəcədə deqradasiyasına” və “cəbhənin kritik sektorunda” qüvvələrin tükənməsinə gətirib çıxarıb”, – ISW ekspertləri yazır.
Forbes yazır ki, eyni zamanda Ukrayna ordusu da mövcud ehtiyatlardan istifadə edib. Zaporojyedəki müdafiəni yarmaq üçün Ukrayna Silahlı Qüvvələri Britaniyanın “Challenger” tankları, habelə “Marder” və “Stryker” piyada döyüş maşınları ilə təchiz edilmiş iki min nəfərdən ibarət 82-ci Hava Desant Hücum Briqadasını döyüşə atıb.