Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən media və mədəniyyət xadimi Zamiq Yunisovu qurumun Azərbaycandakı Protokol Rəhbəri vəzifəsinə təyin edib.
Tribunainfo.az-ın məlumatına görə, Zamiq Yunisov Azərbaycan mediasında müxtəlif dövrlərdə mühüm layihələrin müəllifi, beynəlxalq konfransların və mədəni tədbirlərin təşkilatçısı kimi tanınır. O, “Z Company 2007” MMC və “Yaz Media Group” MMC-nin təsisçisi və rəhbəridir. Həmçinin “İnterval.az” və “VIP HD.az” media platformalarının rəhbəri və baş redaktoru kimi fəaliyyət göstərir.
Bundan əlavə, Zamiq Yunisov “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, eyni zamanda media və tədbir təşkilatı sahəsində bir sıra qurumların təsisçisi və rəhbəri kimi tanınır. O, həm də bir çox ictimai təşəbbüslərdə və beynəlxalq platformalarda fəal iştirak edir.
EAPCA-dan verilən məlumata görə, yeni Protokol Rəhbərinin əsas vəzifələri aşağıdakılardan ibarət olacaq:
EAPCA-dan verilən məlumata görə, yeni Protokol Rəhbərinin əsas vəzifələri aşağıdakılardan ibarət olacaq:
Azərbaycanda EAPCA nümayəndə heyətlərinin qəbulu və müşayiəti,
Beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili,
Qurumun protokol və təşkilati məsələlərinin koordinasiyası,
Rəsmi tədbirlərin ictimaiyyətlə əlaqələrinin təşkili.
Təyinatla bağlı fikirlərini bölüşən Zamiq Yunisov, EAPCA-da yeni vəzifəsinin Azərbaycan üçün önəmli beynəlxalq əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Qeyd edək ki, EAPCA – Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası, Avropa və Atlantik məkanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi, diasporla əlaqələrin gücləndirilməsi və beynəlxalq platformalarda Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olan nüfuzlu transmilli təşkilatlardan biridir.