Zaman Paşinyanın əleyhinə işləyir: Ya 4 kəndi boşaldacaq, ya da… – Politoloq

Zaman Paşinyanın əleyhinə işləyir: Ya 4 kəndi boşaldacaq, ya da… – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan 4 kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına şərait yaradır.

Tribunainfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu 4 kəndin dəqiq hansı tarixdə qaytarılması ilə bağlı danışarkən deyib. O bildirib ki, başda baş nazir olmaqla hökumət üzvləri və parlament sədri Ermənistan cəmiyyətini mümkün müharibə ilə qorxudurlar. Bu isə Azərbaycan üçün faydalı təbliğat vasitəsidir:

“Əsas sual tarixlə bağlıdır. Nikol Paşinyan 4 kəndi hansı tarixdə Azərbaycana qaytarmağı planlaşdırır? Aydındır ki, bundan öncə Paşinyan müdafiə nazirinə əmr verməlidir ki, ordu bölmələrini həmin kəndlərdən çıxarsın.

Bunu həyata keçirməklə bərabər geri çəkildikdən sonra ordu bilrlikləri Ermənistan ərazisində yeni mövqelər müəyyənləşdirməlidirlər. Paşinyan bu işləri uzatmamalıdır. Zaman onun əleyhinə işləyir. O aprelin 5-də Brüsselə gedəcək. Səfərdən əvvəl və ya sonra ən başlıcası aprel ayında bu məsələ həllini tapmalıdır. Nikol Paşinyanın Kəlbəcər və Ağdamın boşaldılması nümunəsində olduğu kimi rəsmi Bakıdan 4 kəndi boşaltmaq üçün zaman istəyə biləcəyi də istisna deyil. Kəlbəcərdə ermənilər çıxmalı idilər, Qazaxa bitişik 4 kənddə isə ermənilər yaşamır. Ona görə Paşinyana çox vaxt verilə bilməz. Paşinyanın 4 kəndin qaytarılmasıyla bağlı vaxtı uzatdıqca onun bu qərarına qarşı olanların müqavimət gücünün artmasına da şərait yaradır”.