Zakir Həsənov Belarusa gedir

Zakir Həsənov Belarusa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

TİA.AZ Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, işgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.