Ermənilərin zaman-zaman uydurduqları, daha sonra inandıqları çoxlu sayda nağıllar var. Bu gün həmin nağılların təsirindən bu xalqda ciddi xəstəlik baş qaldırıb ki, bundan təkcəı qonşular deyil, elə ermənilərin özləri də əziyyət çəkməyə başlayıb.
Tribunainfo.az xəbər verir ki, “dənizdən dənizə” nağlı ilə yanaşı, yeni bir “yanaşma” da ortaya çıxıb. Bu “yanaşma” isə Azərbaycanın əzəli və əbədi torpaqları olan Qarabağla bağlıdır. Qəribədir ki, bu dəfə nağılları artıq kilsə deyil, Ermənistan müxalifəti uydurmağa başlayıb.
Ermənistan müdafiə nazirinin sabiq müavini Artak Zakaryan özünün Facebook səhifəsində yazıb ki, Şuşa guya, həmişə ermənilərin olub. “Şuşa qədim erməni şəhəridir. Azərbaycanlılar bu şəhərə 1920-ci ildən sonra köçməyə başlayıblar”.
Amma sabiq nazir müavini bununla da yetinməyib. O yazıb ki, Şuşa və Qarabağın istənilən yerində türklər yaşasa da, bu torpaqlar ermənilərin olub və belə də qalacaq. “Çünki Allah belə istəyir. Bu torpaqlar Ulu Tanrının ermənilərə verdiyi bəxşişdir”