“Azərbaycanda xanımlar arasında ən bahalı maşını mən sürmüşəm”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri müğənni Zahidə Günəş ATV-də yayımlanan “Rəngarəng” verilişində deyib.
Müğənni maddi imkanından, bahalı qızıllarından danışıb:
“Hər günümə şükr edirəm. İndi də bahalı qzıllarım, brilliantlarım var. Min şükür. Heç kimin evi olmayanda mənim evim olub, yenə də var. Mərkəzdə də evim var, həyət evim də. Sadəcə özümü heç vaxt reklam etmirəm. Mən sadəyəm. İndi kiminsə nəyisə olan kimi reklam edir, çəkir. Mən heç vaxt o işləri etmirəm axı…»