Türkiyənin iki nazirinin Niderland hökuməti tərəfindən ölkəyə buraxılmamasından sonra rəsmi Ankara ilə Amsterdam arasında yaranan böhran səngimək bilmir.
Türkiyənin iki nazirinin Niderland hökuməti tərəfindən ölkəyə buraxılmamasından sonra rəsmi Ankara ilə Amsterdam arasında yaranan böhran səngimək bilmir.
Millət vəkili Zahid Oruc TİA.AZ-a bildirdi ki, Hollandiyanın Türkiyə rəsmilərinə qarşı davranışları qətiyyən anidən, ekspront olaraq baş verməyib: “Bu, uzun illər ərzində Qərb dövlətlərinin Türkiyəyə qarşı etdiyi siyasətin tərkib hissəsidir. Söhbət ondan gedir ki, uzun illərdir rəsmi Ankaranı Avropa Birliyinin qapısı qarşısında saxlayan dairələr, sonrakı illər ərzində məlum siyasətlərini Türkiyə içərisində özlərinə xidmət edən qüvvələri əldə saxlamaqla davam etdirirdilər.
Yəni, istər kəşfiyyat qüvvələri ətrafında, istər partiyalar, həmçinin hökumət dairələrində aşkar Qərbin plana dəstəyi, ssenarisi əsasında işləyən qüvvələr var və bunun nəticəsində xalqın iradəsindən daha çox, Türkiyə siyasi elitası avro- atlantik məkanın paytaxlarının xeyrinə işləməkdədir. Ərdoğan hakimiyyəti illərində bu prosesi müəyyən qədər dəyişdirməyə çalışdı. İlk olaraq, müxtəlif emitarları zərərsizləşdirdi.
Lakin sonrakı illər, xüsusən Fətullah Gülən cəmiyyətinin yaratdığı olaylar səbəbindən açıq qarşıdurma halına gələn və 15 iyun zərbəsi ilə sona çatan, iflasa uğrayan proses əslində Qərb dövlətlərinin Ərdoğanı devirmək planı idi. Buna görə də mütləq olaraq, bunu başa düşmək lazımdır ki, hazırki dövrdə konstitutsiyanı dəyişmək istəyən, prezidentin üsul- idarəsini bərqərar etməyə çalışan, Türkiyənin prezidentdə daha idarə olunmaz şəkil alacağını nəzərə alan
Qərb dairələri nə olur olsun , bu prosesə zərbə vurmağa çalışırlar və iki istiqamətdə sistemli fəalliyyət aparırlar. Birincisi, müxtəlif terror şəbəkələrini təşkilatlandırırlar, hərəkətə gətirirlər, onlara maliyyə və hərbi dəstək verirlər. Bu vasitə ilə İraq və Suriyada onları Türkiyə əleyhinə qaldırırlar. İkincisi, isə kürdlərə dövlət vurmaq adı ilə onları separatizmə qoşub, Türkiyəni bölmək siyastəinə açıq şəkildə dəstək verirlər.
Hansısa bir hökumət dairələrinin Çavuşoğlunun təyyarəsinin enməsinə izn verməməsi və yaxud da Türkiyənin ailə və sosial siyasət nazirini imtina etməsi, onu səfirlik ərazisinə buraxmaması və ölkədən çıxarılması bəlkə də adi diplomatik skandal sayılır və çözümü üçün yollar tapılar.
Amma iş ondadır ki, Avropa ölkələrinin əksəriyyəti Ərdoğan hakimiyyətini qəbul etmək istəmirlər. Hər vəchlə onun devrilməsi planına investisiya qoyurlar. Məhz bunun nəticəsidir ki, hə demək istəyənlərin tərəfdarlarına meydan verilmədiyi halda, xeyr mövqeyinin üzərində fəaliyyət aparanların, o cümlədən sabiq və indiki millət vəkillərin hamısı Hollandiya, Almaniya və Belçikada heç bir maneəsiz qəbul olunmaqdadır”.
Bəs bu proseslər nəyə aparıb çıxaracaq?
Z.Orucun sözlərinə görə, 16 aprel- referendum zamanına qədər gərginlik inkişaf edəcək: “Sabah Danimarka, ondan sonrakı gün başqa dövlətlər türklərə və Türkiyəyə qarşı aşırı güc tətbiqi yönündə aktlarla demokratiyanı Avropanın küçələrinə doğru arxalarınca sürüyəcəklər və bununla da göstərmək istəyəcəklər ki, onlar Ərdoğanın lideri olduğu Türkiyəni qəbul etmək istəmirlər. Avropa məkanı, Avropa dəyərləri, Avropa siyasi həyatı nə türklər, nə də Türkiyə üçün yad deyil. Onlar eyni məkanın tərkib hissələrindədir. Artıq 4-5 nəsil tüklər orda yaşayırlar ona görə də yekun olaraq, mən bu hadisələrin gələcəyini gərginliyin artacağı, inkişaf edəcəyi xətlə proqnozlaşdırıram və düşünürəm ki, əgər hər hansı
konsensus yollar tapılmasa münasibətlər daha da kəskin xarakter alacaq”.
İlahə