ZAHİD ORUC:”AZƏRBAYCAN DÜNYAYA SÜLH MESAJI VERDİ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırki dönəmdə Ukruyama nəzəriyyəsi -sivilizasiyalararası toqquşmaların dünyanın baş  ağrısına çevrildiyi bir dönəmdə Azərbaycan fərqli bir alternativlər ortalığa qoydu. 

Hazırki dönəmdə Ukruyama nəzəriyyəsi -sivilizasiyalararası toqquşmaların dünyanın baş  ağrısına çevrildiyi bir dönəmdə Azərbaycan fərqli bir alternativlər ortalığa qoydu.

Bunu TİA.AZ-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc İslam Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayərkən deyib. Onun sözlərinə görə, Azərbaycan gerçəkdən də sadəcə İslami bir inanc vasitəsilə dünyada həmrəylik, sülh üçün əməkdaşlıq meydanı təqdim etməyi bacardı:

“Dövlət özünün tarixi missiyasını uğurla gerçəkləşdirəndə bu məkanda toqquşmalar kontekslər deyil, əksinə daha artıq dərəcədə müsbət dəyərlərin, təcrübələrin mədəniyyətlərarası mübarizələrin baş verdiyini görməkdəyik. Baxın, bu tədbirə qatılanlar sırasında Suriyanın və Yəmənin təmsilçiləri mövcud idi. Onların ölkəsində hazırki dövrdə isə xaos və anarxiya hökm sürməkdədir. Bu adamların potensialı orada konsertlərə xərclənir. Halbuki Azərbaycan göstərdi ki, bu insanlar sülh üçün ləyaqət uğrunda potensiallarını gerçəkləşdirə bilərlər. Bunlar da dünyada tərəqqipərvər sayılan  xalqların nümayəndələrindən heç də geri qalmırlar. Üstəlik bu gün İslamı terrorla identifikasiya edən, ondan özünü qorumağa çalışan və cihadlı bayraqlarını qaldırıb İslamı yalnız dini ideologiya kimi, siyasi hakimiyyət uğrunda mübarizə aləti kimi təqdim edən və ya dünyanın, bəşəriyyətin təhlükəsizliyinə bundan zərbə görənlərə də fərqli mövqelərimizi ortalığa qoya bildik. Azərbaycan sübuta yetirdi ki, İslamı qorxunc kimi qələmə verən qüvvələr onun böyüklüyünü, gücünü qanunla təhrif edirlər, fobiyalarla əksinə dünyanı ələ keçirmək uğrunda yarışırlar. Bu, qanlı mübarizədir və bu fayda gətirmir”.

Z.Oruc hesab edir ki, Azərbaycan bu oyun vasitəsilə mahiyyət etibarı ilə ərazi bütövlüyünə basqı edilməsinə baxmayaraq, dünyaya sülh mesajlarını verdi. Şərqlə qərb arasında uğurlu bir müstəvi olduğunu sübuta yetirdi: “Əslində mənim aləmimdə prezident İlham Əliyev istər idman, istər mədəniyyət, istər iqtisadi və ya başqa forumlar, tədbirlər, beynəlxalq layihələrin hədəfi  bizim bütövlüyümüzü təmin etməkdir. İdman öz-özlüyündə siyasətdən kənar deyil. Biz başa düşməliyik ki, ölkənin informativ məkanında təqdimatı mahiyyətcə anti-erməni xarakter daşıyır. Yəni, biz torpaqlarımız uğrunda təkcə sərhəddə, səngərdə, döyüş bölgələrində vuruşmuruq, o cəbhə xətti şərtidir. Dünyanın hər bir yerindən keçib. Ona görə də belə tədbirlər vasitəsilə Azərbaycan öz  davasını aparır. O mənada hesab edirəm ki, tədbirin əhəmiyyəti gələcək dönəm dövlət siyasətində, ictimai həyatda hiss olunacaq”.

İlahə