Deputatlığa bitərəf namizəd Zahid Oruc 33 saylı Xətai birinci seçki dairəsində seçiciləril görüşlərə start verib. Tribunainfo.az bildirir ki, Z.Oruc görüş barədə məlumat yayıb. Onun sözlərinə görə, Xətai rayonun həyatında baş verən inkişaf və dəyişiklikləri qürurla qeyd edən görüş iştirikaçıları, eyni zamanda, karyera quruculuğu, müxtəlif dövlət xidmətlərindən faydalanmaq üçün qarşılaşdıqları maneələr, işsizlik problemləri, şəhər infrastukrurunun yenilənməsi zamanı mülkiyyət hüquqlarının qorunmasının vacibliyi, şəhid ailələri və qazilər dövlət protokolunda birinci sırada nəzərə alınması və digər mühüm təkliflərini irəli sürüblər.