Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib. Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında vacib fikirlər səsləndirib. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri seçilən Zahid Oruc ona göstərilən etimad üçün dövlət rəhbərliyinə təşəkkür edib.
Tribunainfio.az xəbər verir ki, prezidentin yeni tərkibdəki Milli Məclisin ilk iclasında səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayan Zahid Oruc bildirib ki, cənab Prezidentin tarixi çıxışında çox önəmli mesajlar var idi:
“Bu gün ölkəmizin qazandığı tarixi qələbəni həzm edə bilməyən qüvvələr Azərbaycan reallığını dezinformasiyalar, müxtəlif lobbi dairələrinin əli ilə sabotaj etməyə çalışırlar. Cənab Prezident Milli Məclisdə vurğuladı ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Ona görə də Prezidentimizin nitqi hər bir millət vəkili üçün də bir siqnaldır. Bundan sonrakı dövrdə qalib ölkənin Milli Məclisinin üzvləri olaraq öz missiyamızı davam etdirəcəyik”.
Zahid Oruc bildirib ki, ən böyük insan hüququ Zəfərimizin qazanılmasından doğur. İllər ərzində hüquqları pozulan milyonlarla vətəndaşımız bu gün işğaldan azad edilən ərazilərə geri dönür. Biz də Milli Məclisin İnsan Hüquqları Komitəsi olaraq fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Roman