backend

ZAHİD ORUC:” “LAPŞİN PRESEDENTİ” HƏLƏ UZUN MÜDDƏT…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bloger Aleksandr Lapşinin Bakıya gətirilməsi məsələsinəı millət vəkili Zahid Oruc da münasibət bildirib.  

Bloger Aleksandr Lapşinin Bakıya gətirilməsi məsələsinəı millət vəkili Zahid Oruc da münasibət bildirib. 



Millət vəkili  TİA.AZ-a bildirib ki, Aleksandr Lapşin məsələsi başlayandan bəri onun ətrafında qurulan müdafiə istehkamı Qarabağ uğrunda aparılan müharibəni xatırladırdı: “ Lakin burada savaş silahla deyil, siyasi və hüquqi vasitələrlə aparılırdı. Belarusiya məhkəməsi ətrafında aparılan təzyiq və hədə siyasəti bir şəxsin mühakimə prosesini qanunvercilik müstəvisindən çıxarmaqla ona daha tünd rənglər qatırdı. Bəlkə də məhz ona görə Azərbaycan dövləti Minskdə sözün həqiqi mənasında təkcə nüfuz uğrunda mübarizə aparmırdı, üstəlik, böyük bir risklə üz-üzə qalaraq uğursuzluq halında böyük diplomatik məğlubiyyətə düçar ola biləcəyi təhlükəsini də görməmək mümkün deyildi. Söhbət ondan gedirdi ki, üç ölkə öz vətəndaşının qorunması üçün bütün vasitələri işə salaraq onun ekstradiyasının qarşısını ala bilsəydilər, bu hadisə Qarabağ münaqişəsində erməni tərəfinin aktivliyinə yazılacaq mühüm nailiyyətə çevriləcəkdi. Hətta İsrail, Rusiya və Ukrayna Xankəndinin harada yerləşdiyini bilmədən sırf öz vətəndaşının davasına girərək qalib gəlməklə nəticədə dolayı yolla Ermənistanın  Qarabağı müstəqil dövlət kimi tanıtdırmaq siyasətinə xidmət etmiş olacaqdılar.  Razılaşmaq lazımdır ki, Lapşin kimi on minlərlə qurbanı seçərək özünü dünyada tanıtdırmağa çalışan bir subyekt üçün belə qərar göydəndüşmə olardı. Lakin Azərbaycan dövlətinin siyasi iradəsi ermənilərin növbəti avantürist planını iflasa uğratdı. Ona görə də Belarus məhkəməsinin qərarı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsbit edən verdikt saya bilərik və şübhəsiz, məsələnin əvvəlcədən bizim iradəmizdən kənarda hüquqi çərçivəni aşıb siyasiləşməsinə görə ölkəmizin diplomatik qələbəsi adlandırmağa tamamilə haqqımız var. Hər kəs bilməlidir ki, işğal reallığı yalnız düşmən orduları hesabına həyata keçirilmir. Ermənistan ötən on illər ərzində bir milyona qədər azərbaycanlını doğma yurduna dönməkdən məhrum etməklə yanaşı, ələ keçirilmiş torpaqlara beynəlxalq turlar təşkil edir, baronessaları, ünlü mədəniyyət və siyasət xadimlərini aparır və ölkəmizə mənəvi sarsıntılar yaşadır. Ona görə də Lapşinin cəzalandırılması hər hansı kriminal ünsürün və ya xarici cinayətkarın, yaxud terrorçu qruplaşma təmsilçisinin Azərbaycana təhvil verilməsindən daha böyük mənaya malikdir. Burada Belarusiyaya diplomatik savaş cəbhəsi açmağa məcbur olan bir dövlətin hərbi-siyasi meydanda təklənməsi yolunda Azərbaycanın apardığı sistemli fəaliyyətin müsbət nəticə verməsidir. Miflər dağılır. Ermənilərin yenilməzliyi və beynəlxalq məkanda əlahiddə gücü haqqında formalaşmış əsatirlər də son hadisələrlə növbəti zərbəni almış oldu. Ona görə “Lapşin presedenti” hələ uzun müddət siyasi-diplomatik savaşın mühüm bir elementi olaraq qalacaqdır. Lakin onun üzərində bizim “uğur hekayəmizi” inkişaf etdirmək potensialı qat-qat böyük və inkarolunmazdır”.

Nilufər