ZAHİD ORUC: “BAHALAŞMA GƏLƏN İL DƏ DAVAM EDƏCƏK, İŞLƏR GÖRÜLMƏLİDİR”backend

ZAHİD ORUC: “BAHALAŞMA GƏLƏN İL DƏ DAVAM EDƏCƏK, İŞLƏR GÖRÜLMƏLİDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ilin noyabrında 100 manata aldığımız ərzağı indi 125 manata alırıq. Belə davam edə bilməz. Bu istiqamətdə dəyişikliklər aparılmalıdır.

Tribunainfo.az-ın məlumatına görə, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc danışıb. O bildirib ki, bahalaşmanın qarşısını almaq üçün işlər görülməlidir:

“Yaşadığımız ildə minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edirdi. Çünki məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşdan daha yüksəkdir. Minimum istehlak səbətinin dəyərinin 10-dək artırılması o deməkdir ki, onun strukturun ən azı 70%-ni qida məhsullarından formalaşan bu normativdə qida inflyasiyasının səviyyəsi 15%-dən yüksək olduğu üçün əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.
Yəni, siz ötən ilin noyabrında 100 manata aldığınız ərzağı indi 115 manata deyil, 125 manata alırsınız. O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb”.

Z.Oruc bildirib ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmadığı təqdirdə xaricdən asılılıq davam edəcək:

“2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırıldı. Əslində qiymətlər həm də su, elektirk enerjisi və yanacağın tariflərinin artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir. Xatırladaq ki, dünyada ən çox çörək istehlak edən xaqlar sırasındayıq.
Hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Türkiyə üçün bu rəqəm 104 kq, Bolqarıstanda 95 kq və Yunanıstanda 89 kq təşkil edir. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

Nigar