“Zaferoğlu İnşaat” MMC ilə bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, “Zaferoğlu İnşaatla” bağlı iddianı “Natura” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaşanır.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılır. 27 noyabr tarixində hakim Təranə Mahmudovanın sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Zaferoğlu İnşaat” şiekətinin rəhbəri Zəfər Məmmədovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar