Zabratda zeytun bağını zəbt edib hasarladılar, İcra Hakimiyyəti müdaxilə etdi

Zabratda zeytun bağını zəbt edib hasarladılar, İcra Hakimiyyəti müdaxilə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ın köməkçisi Müslüm Mahmudova, eləcə də icra hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyinə  məlumat verib.

Zabrat qəsəbəsi üzrə icra nümayəndəliyinin rəhbərinin müavini Arif Osmanov zeytun bağının hasarlanmasından “xəbərsiz olduğunu”, deyilənləri araşdıracaqlarını bildirib.

İcra hakimiyyəti başçısının köməkçisi M.Mahmudov zeytunluğun hasarlanması barədə xəbəri ciddi narahatlıqla qarşılayıb, bu məsələdə rayon rəhbərliyinin hər hansı rolunun olmadığını bildirib və tezliklə məsələni araşdırıb redaksiyamızla əlaqə saxlayacaqlarını deyib.

Çox keçmədən icra başçısının köməkçisi redaksiyamızla əlaqə saxlayıb və məlumatın təsdiqləndiyini deyib, bu faktı aşkar edib onlara çatdırdığımız üçün təşəkkürünü bildirib. M.Müslümov deyib ki, zeytunluq ərazisinin qanunsuz hasarlandığı müəyyən olunub və dərhal rayon icra hakimiyyəti başçısı məsələyə müdaxilə edib, hasarın gün ərzində sökülməsinə göstəriş verilib. “Nəticəsini özünüz görəcəksiniz”-köməkçi əmin edib.

Qəsəbədən aldığımız məlumata görə ərazini hasarlayan və orada hansısa iaşə obyekti tikməyə hazırlaşan şəxs DYP əməkdaşıdır. Ərazi DYP-nin Sabunçu şöbəsi ilə üzbəüzdür. virtualaz.org zeytun bağının qanunsuz zəbt edilməsi və İcra Hakimiyyətinin məsələyə müdaxiləsi ilə bağlı baş verənləri diqqətdə saxlayacaq. Hasarın həqiqətən söküldüyünə əmin olmaq üçün əməkdaşımız gün ərzində göstərilən ünvana təkrar baş çəkəcək.