Zabrat qəsəbəsi zibil içində qalıb – Fotobackend

Zabrat qəsəbəsi zibil içində qalıb – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Sabunçu rayonu Zabrat 1 qəsəbəsi zibillik içində qalıb. Qəsəbəni günlərlə, aylarla təmizlənməyən zibilliyin üfunət iyi bürüyüb.

Tribunainfo.az xəbər verir ki, bu problemdən əziyyət çəkən sakinlər bildirib ki, zibilliyi yaradan “Ayxan Market”in. Elə zibillik ərazi özü də sözügedən marketin arxasındakı ərazidir. Sakinlərin sözlərinə görə, gün ərzində marketdən çıxan çürümüş, yararsız meyə-tərvəz buradakı konteynerə atılır və nəticədə zibilin suyu yola axır, hər yeri üfunət götürür. Elə gün olur ki, zibil qutuları təmizlənmir və iydən, zibil suyundan ərazidən keçmək mümkün olmur.
Sakinlər market işçilərinə də, aidiyyəti quurmlara da bununla bağlı mürtaciətlər edib. Ancaq edilən müraciətlərin heç bir təsiri olmayıb.

Tərəflərin mövqeyini işıqlandırmağa ahazırıq.

Nigar