Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov muay-tay üzrə fransalı çempion Bris Quidon ilə qarşılaşıb.
TİA.AZ xəbər verir ki, Çeçenistanın paytaxtı Qroznıda baş tutan döyüş Zabitin qələbəsi ilə yekunlaşıb.
Döyüş Çeçenistanın ilk prezidenti Əhməd Hacı Kadırovun doğum gününə həsr olunub.