“Z” ordusu Donbasda irəlilədi  – hədəf Kiyevbackend

“Z” ordusu Donbasda irəlilədi – hədəf Kiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Donbasda irəliləməyə davam edir. Tribunainfo.az xəbər verir ki, bu məlumatı UNİAN saytı yayıb.
Məlumatda deyilir ki, rusların bir neçə yaşayış məntəqəsi yaxınlığında irəliləməsi Kiyev tərəfindən də təsdiqlənib.
DeepState monitorinq layihəsi isə qeyd edib ki, düşmən Kolisnikivka, Katerinivka, Vodyanı, Uqledar, Spirnyo və Ukrainski yaxınlığında irəliləyib.
Digər məlumata görə, ruslar Pokrovsk yaxınlığında Ukrayna ordusunun müdafiəsini yarmaq iqtidarında olmadığından diqqətlərini Kuraxiv istiqamətinə yönəldirlər və orada zəif yerlər axtarırlar. “Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Nikolay Malomuz deyib ki, Putin dəfələrlə Pokrovskini ələ keçirmək tapşırığı verib. Ruslar bu istiqamətə ən yaxşı qüvvələrini – hava-desant qoşunlarını, dəniz piyadalarını, QRU-nun xüsusi təyinatlılarını atıblar. Lakin planları baş tutmayıb”.
Müharibə veteranı Yevgeni Dykiy isə bildirib ki, rus işğalçıları Uqledarı birbaşa ələ keçirə bilməyəcəklərini anladıqlarından, orada Ukrayna ordusunu yarımmühasirəyə almağa çalışırlar.