backend

Z.ƏLİZADƏ:”VASİTƏÇİLƏR ÖZ SİYASİ- İQTİSADİ MARAQLARINI GÜDÜR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə bildirib ki, Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir.  

O bildirib ki, bu məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır. Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan masa arxasına oturmalı, məsələni həll etməlidir.

Politoloq Zərdüşt Əlizadə TİA.AZ-a bildirdi ki, Belarusiya regionda sülhü dəstəkləyən bir dövlət olaraq belə münaqişələrin ədalətli həllində maraqlı olan tərəfdir : “Lukaşenko nəzərdə tutur ki, vasitəçilər hərəsi münaqişəni həll etmək əvəzinə öz geosiyasi – iqtisadi maraqlarını güdür. Yəni onlar öz vəzifələrini yerinə yetirmirlər, əksinə münaqişənin ya dondulumasına, ya qızışdırılmasına və ya birtərəfli həllinə çalışırlar. Buna görə də vasitəçilər olmadan Ermənistan və Azərbaycan özləri bu məsələni həll etməlidirlər. Lukaşenko və onun kimi ağıllı siyasətçilər bunu yaxşı bilirlər ki, onlarla danışmağa qoymayan qüvvə var. Qüvvənin də adı vasitəçilərdir”.

İlahə