Kataloniyanın müstəqilliyi digər regionların da müstəqilliyinə təkan verə bilər.
Kataloniyanın müstəqilliyi digər regionların da müstəqilliyinə təkan verə bilər.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker danışıb.
“Kataloniyadakı vəziyyət məni narahat edir. Heç kim bir-birinə atəş açmır. Ən azından hələlik belədir. Əgər Kataloniya müstəqil olmaq istəyirsə, başqaları da bunu istəyəcək. Bu isə mənim xoşuma gəlmir. Bu tendensiya ilə əlaqədar Avropa Birliyini idarə etmək daha da çətinləşə bilər”, – Yunker bildirib.
Qeyd edək ki, İspaniya Kataloniyanın müstəqilliyini elan etməsini qəbuledilməz sayır.