“BMT agentliyinin baş direktoru olaraq təşkilata üzv dövlətlərin müəyyənləşdirdiyi siyasətə uyğun təşkilatın bütün üzvləri ilə işgüzar əlaqələri inkişaf etdirməyə məcburam və Azərbaycan da istisna deyil”

YUNESKO-nun baş direktoru İrina Bokova “Guardian” qəzetinin sentyabrın 5-də dərc olunmuş sayında “Azərbaycan 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı məqalədə həyat yoldaşı Kalin Mitrevin çirkli pulların yuyulması və Azərbaycanla bağlı lobbiçiliyə cəlb edilməsi haqqında yazılanları təkzib edib.
“Report” Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, informasiyanı şərh edən İ.Bokova bu məsələ ilə heç bir əlaqəsinin olmadığını və bu barədə artıq “Guardian”a da məlumat verdiyini bildirdib.
“BMT agentliyinin baş direktoru olaraq təşkilata üzv dövlətlərin müəyyənləşdirdiyi siyasətə uyğun təşkilatın bütün üzvləri ilə işgüzar əlaqələri inkişaf etdirməyə məcburam və Azərbaycan da istisna deyil”, – İ.Bokova vurğulayıb.