Fransız siyasətçi, Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru seçilib.
Fransız siyasətçi, Fransanın keçmiş mədəniyyət naziri Odre Azule YUNESKO-nun baş direktoru seçilib.
TİA.AZ xəbər verir ki, TASS YUNESKO-nun Parisdəki Baç Qərargahında bu gün keçirilən növbəti turda 58 iştirakçı dövlətin 30-nun Azuleni dəstəklədiyini qeyd edib. 5-ci turda onun əsas rəqibi – Qətərin keçmiş mədəniyyət naziri Hamad bin Əbdüləziz əl-Kavari 28 səs alıb.
Qeyd edək ki, bundan öncə baş tutan 4 səsvermədə baş direktoru seçmək mümkün olmamışdı.