Yunanıstanda qeyri adi şey tapıldı, görənlər şoka düşdübackend

Yunanıstanda qeyri adi şey tapıldı, görənlər şoka düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın Krit adasındakı Papura təpəsində tunc dövrünə aid 4000 illik əlamətdar üzük formalı, sirli, dairəvi quruluşlu daş abidə aşkar edilib.
Tribunainfo.az TRT Haber-ə istinadn xəbər verir ki, abidə böyük hava limanı layihəsinin qazıntıları zamanı aşkar edilib.

Yunanıstan Mədəniyyət Nazirliyindən verilən açıqlamada 1800 kvadratmetrlik bu binanın ritual və ya dini məqsədlər üçün istifadə oluna biləcəyi bildirilib.

Labirint quruluşu orta hesabla 1,4 metr qalınlığında, bəzi yerlərdə isə 1,7 metr hündürlüyündə olan səkkiz konsentrik daş halqadan ibarətdir.

Arxeoloqlar bu tikilinin Kritin Mino mədəniyyətinə aid ola biləcəyini bildirirlər.

Ancaq Papura təpəsindəki dairəvi quruluşun zirvə ziyarətgahı olub-olmadığı hələ aydın deyil. Quruluşun içərisindən tapılan çoxlu sayda heyvan sümükləri onun “yemək, şərab və bəlkə də təqdimatların istehlakı ilə bağlı ritual mərasimlər üçün istifadə edildiyini” deməyə əsas verir.