Yunanıstanda yağan güclü yağış Siklad adalarında daşqınlara səbəb olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözçü” qəzeti məlumat yayıb.
Yunanıstanın Siklad adalarının bir hissəsi olan Paros, Mikonos və Sirosda güclü yağışın daşqınlara və dağıntılara səbəb olduğu bildirilir. Parosda bir çox avtomobilin su altında qaldığı və zədələndiyi bildirilir.
Paros, Mikonos, Rodos və Simi adalarında güclü yağış səbəbindən məktəblərdə sabah təhsilin dayandırılacağı açıqlanıb.
Dəniz Pənahova