Son dəqiqə zəlzələ ilə bağlı Avropa Aralıq dənizi Seysmologiya Mərkəzindən açıqlama verilib. Yunanıstanın Peloponnes yarımadasında 4,5 və 5,7 bal gücündə ardıcıl iki zəlzələ baş verib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, açıqlamaya görə, Yunanıstanın Peloponnes yarımadasının qərbində ardıcıl olaraq 4,5 və 5,7 bal gücündə iki zəlzələ baş verib.
Afina Geodinamik İnstitutu zəlzələnin yerin 18 kilometr dərinliyində olduğunu açıqlayıb.
Zəlzələnin paytaxt Afinaya qədər geniş ərazidə hiss edildiyi bildirilib.
Zəlzələlərdən sonra hələ də dağıntının olmadığı öyrənilib.