YUNANISTAN VƏ İNGİLTƏRƏ ARASINDA QALMAQAL – MİTSOKATİS ƏSƏBLƏŞDİ

YUNANISTAN VƏ İNGİLTƏRƏ ARASINDA QALMAQAL – MİTSOKATİS ƏSƏBLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın baş naziri Mitsotakis Londonda sərgilənən əsərlərin ölkələrinə qaytarılmasını tələb etdikdə, İngiltərə baş naziri Rişi Sunak Yunanıstan lideri ilə görüşünü son anda ləğv etdi.

Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, yunan mediası ləğv qərarını “alçaldılma” kimi qiymətləndirib.

Yunanıstanın baş naziri Mitsotakisin Böyük Britaniyaya rəsmi səfərinin ən mühüm gündəm məsələlərindən biri Londondakı Britaniya Muzeyində nümayiş etdirilən “Elgin mərmərləri”nin Afinaya qaytarılması olub.

Qeyd edək ki, İngiltərədəki təmasları çərçivəsində Mitsotakis müxalifətdəki İşçi Partiyasının lideri Keir Starmer ilə görüşüb, “Parfenon heykəlləri”ni ziyarət edib.

Yunan lider bazar günü BBC-də iştirak etdiyi müsahibədə tələbini bir daha dilə gətirib. Elgin Mərmərlərinin Yunanıstana aid olduğunu vurğulayan Mitsotakis, qalan əsərlərin Afinadakı Akropol Muzeyində sərgiləndiyini bildirib.