Yunanıstan hökuməti turistlərin ödənişləri bank kartları ilə həyata keçirməsini və qəbzləri tələb etməsini nəzərdə tutan geniş kampaniyaya başlayıb.
TİA.AZ xəbər verir ki, “Apodixi Please” (Zəhmət olmasa, qəbzi verin) adlanan kampaniyanın əsas hədəfi büdcəyə daxil olan gəlirləri artırmaqdır. Bir çox şəhərlərdə bu kampaniyanı əks etdirən reklamlarda turistlərin Yunanıstan iqtisadiyyatına kömək etməsi barədə onlara müraciət yer alıb. Ölkə qanunvericiliyinə görə, otellər, marketlər, ticarət obyektləri mütləq surətdə bank kartlarını qəbul etməli və qəbz verməlidir. Turistlərdən qəbzdə şirkətin VOEN-i və tarixinə diqqət yetirmələri xahiş olunur.